525.Az

Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları 4 faizdən çox azalıb


 

Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları 4 faizdən çox azalıb<b style="color:red"></b>

Bu ilin yanvar-noyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 5 milyard 752,2 milyon manat təşkil edib.

525.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 % azdır.

Gömrük daxilolmaları proqnozdan 3,4 % az icra edilib.

Xatırladaq ki, bu il DGK büdcəyə 6,6 milyard manat vəsait köçürməlidir. Beləliklə, 11 ay ərzində həmin məbləğin 87,15 %-i təmin olunub.

 





08.12.2025    çap et  çap et