525.Az

Yaponiyanı gözləyən mümkün təhlükə - 18 min insan ölə bilər


 

Yaponiyanı gözləyən mümkün təhlükə - <b style="color:red"> 18 min insan ölə bilər</b>

Tokio ətrafında baş verəcəyi ehtimal olunan güclü zəlzələ 18 mindən çox insanın ölümü ilə nəticələnə bilər.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə dövlət qurumlarının hazırladığı hesabatda bildirilir.

Hesabatda belə bir zəlzələnin yaxın on illiklərdə gerçəkləşmə ehtimalının böyük olduğu göstərilib. Əgər bu baş verərsə, Tokio və ətraf rayonlarda 400-dən çox bina zədələnə və ya çökə bilər. 

Yeri gəlmişkən, mütəxəssislər güclü zəlzələ halında iqtisadi ziyanı da təxmini hesablayıblar - 83 trilyon yen. Başqa sözlə, 535 milyard dollar.

L.Tağıyeva

 





08.12.2025    çap et  çap et