525.Az

Aİ-nin 7 ölkəsi Ukrayna üçün təzminat kreditlərini tezləşdirməyə çağırıb


 

Aİ-nin 7 ölkəsi Ukrayna üçün təzminat kreditlərini tezləşdirməyə çağırıb<b style="color:red"></b>

Avropa İttifaqının yeddi üzv ölkəsinin liderləri dondurulmuş Rusiya aktivlərindən Ukraynanın maliyyələşdirilməsini dəstəklədiklərini açıqlayıblar və bunun tezliklə həyata keçməsinə çağırıblar.

525.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Estoniya, Finlandiya, İrlandiya, Latviya, Litva, Polşa və İsveç liderləri gələn həftə keçiriləcək Aİ sammitindən əvvəl Avropa İttifaqı Şurasının prezidenti Antonio Koştaya və Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenə məktublar göndəriblər.

Qeyd olunub ki, təzminat krediti mexanizmi bu günə qədər maliyyə baxımından ən mümkün və siyasi cəhətdən real həll yoludur və Ukraynanın Rusiya təcavüzü nəticəsində dəyən ziyana görə kompensasiya almaq hüququnu təmin edir.

Bundan əlavə, məktubda qeyd olunur ki, kreditin tətbiqi danışıqlarda Ukraynanın mövqeyini gücləndirəcək.

Pərvanə Sultanova

 





08.12.2025    çap et  çap et