525.Az

Yaponiyada 7.6 bal gücündə zəlzələ olub


 

Yaponiyada 7.6 bal gücündə zəlzələ olub<b style="color:red"></b>

Yaponiyanın Misava sahillərində 7,6 bal gücündə zəlzələ olub.

525.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Bildirilib ki, episentri Misava şəhərindən 73 kilometr şimal-şərqdə olan yeraltı təkanlar, təxminən 53 kilometr dərinlikdə qeydə alınıb.

Zəlzələdən sonra sunami xəbərdarlığı edilib.

Aomori ştatında zəlzələdən sonra iki yerdə yanğınlar qeydə alınıb. Həmçinin 2700 ev işıqsız qalıb. Yolun çökməsi nəticəsində bir nəfər xəsarət alıb.

Zəlzələnin hiss olunduğu Hokkaydo bölgəsində də 2 nəfərin xəsarət aldığı bildirilib.

İbrahim Cəfərov

 





09.12.2025    çap et  çap et