İndoneziyanın Sumatra adasında leysan yağışların səbəb olduğu daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 950-yə çatıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İndoneziya Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyi (BNPB) məlumat yayıb.
Bildirilib ki, itkin düşən 274 nəfərin axtarışları davam edir.
Açıqlamada həmçinin 156 mindən çox binanın zərər gördüyü qeyd olunub.
İbrahim Cəfərov
çap et