525.Az

Braziliyada 13 tarixi əsər oğurlanıb


 

Braziliyada 13 tarixi əsər <b style="color:red"> oğurlanıb</b>

Braziliyanın San-Paulu şəhərindəki Mario de Andrade Kitabxanasında soyğun olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, kitabxanaya daxil olan silahlı şəxslər mühafizəçini və yaşlı cütlüyü girov götürərək, fransız rəssam Henri Matisin səkkiz, braziliyalı Candido Portinarinin isə beş əsərini oğurlayıblar.

Rəsmilər bildiriblər ki, oğurlanmış əsərlər kitabxana ilə San Paulo Müasir İncəsənət Muzeyi arasında "Kitabdan Muzeyə" adlı birgə müasir incəsənət sərgisinin bir hissəsidir.

San-Paulu meri yerli mətbuata açıqlamasında oğruların şəxsiyyətinin müəyyənləşdirildiyini, lakin onların hələ də saxlanılmadıqlarını, axtarışların davam etdiyini bildirib.

İbrahim Cəfərov

 





09.12.2025    çap et  çap et