Tayvanda 5.5 bal gücündə zəlzələ baş verib.
525.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Qeyd olunub ki, zəlzələnin episentri Hualian şəhərindən 17 km cənubda yerləşib.
Zəlzələdən sonra tələfat və dağıntılar barədə məlumat verilməyib.
İbrahim Cəfərov
çap et