525.Az

Qazaxıstandan AZAL təyyarə qəzası ilə bağlı yekun hesabatın dərci ilə bağlı açıqlama 


 

Qazaxıstandan AZAL təyyarə qəzası ilə bağlı yekun hesabatın dərci ilə bağlı açıqlama <b style="color:red"></b>

Qazaxıstan iki xarici laboratoriyadan araşdırma nəticələrini gözləyir və bundan sonra Aktau yaxınlığında AZAL təyyarəsinin qəzası ilə bağlı yekun hesabatı dərc edəcək.

525.az xəbər verir ki, bu barədə Qazaxıstan KİV Nəqliyyat Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, ICAO qaydalarına əsasən, hava qəzasının araşdırılması ilə bağlı yekun hesabat hadisə baş verdiyi tarixindən etibarən 12 ay ərzində dərc olunmalıdır.

Xatırladaq ki, AZAL-ın Bakıdan Qroznıya uçan Embraer-190 təyyarəsi 25 dekabr 2024-cü ildə Qazaxıstanın Aktau limanı yaxınlığında qəzaya uğrayıb. Təyyarə Rusiya ərazisi üzərində hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Təyyarədəki 67 nəfərdən 38-i həlak olub. 

Pərvanə Sultanova

 





09.12.2025    çap et  çap et