525.Az

Rusiya MN An-22 təyyarəsinin qəzaya uğradığını təsdiqləyib


 

Rusiya MN An-22 təyyarəsinin qəzaya uğradığını təsdiqləyib<b style="color:red"></b>

Rusiyanın An-22 hərbi nəqliyyat təyyarəsi təmirdən sonra sınaq uçuşu zamanı qəzaya uğrayıb.

525.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyinin məlumatında deyilir.

“Bu gün İvanovo vilayətində təmirdən sonra sınaq uçuşu zamanı An-22 hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb. Təyyarə qəzası yaşayış olmayan ərazidə baş verib. Hadisə yerinə axtarış-xilasetmə qrupu göndərilib”, - məlumatda vurğulanıb.

Qeyd olunub ki, bütün halları müəyyən etmək üçün qəza yerinə Rusiya Aerokosmik Qüvvələri komissiyası göndərilib. 

Təyyarənin göyərtəsində yeddi ekipaj üzvü olub.

Pərvanə Sultanova

 





09.12.2025    çap et  çap et