“Ukraynada yeni seçkilərin keçirilməsinin vaxtıdır”.
525.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "Politico" nəşrinə müsahibəsində bildirib.
“Onlar seçkilərdən yayınmaq üçün müharibədən istifadə edirlər, amma düşünürəm ki, Ukrayna xalqı belə seçimə malik olmalıdır. Bəlkə də prezident Zelenski qalib gələr. Kimin qalib gələcəyini bilmirəm. Amma uzun müddətdir seçkilər olmayıb. Bilirsiniz, onlar demokratiyadan danışırlar, amma artıq demokratiya olmadığı nöqtəyə çatıblar”, - Tramp deyib.
O, ABŞ-ın Ukraynaya dəstəyini dayandıra biləcəyinə dair oğlunun iki gün əvvəl dediyi sözlərə də münasibət bildirib:
"Xeyr, belə deyil. Amma bu, tamamilə yanlış fikir də deyil", - Amerika lideri söyləyib.
Pərvanə Sultanova
çap et