525.Az

Təyyarə avtomobil yoluna qəza enişi etdi


 

Təyyarə avtomobil yoluna qəza enişi etdi <b style="color:red"></b>

ABŞ-də qəza enişi etmək məcburiyyətində qalan təyyarə avtomobil yoluna düşüb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Floridada, Delend şəhərində baş verib.

"Beechcraft 55" markalı kiçik mühərrikli təyyarə uğurlu eniş etsə də, yolda hərəkətdə olan "Toyota Gamry" markalı avtomobillə toqquşmadan qaça bilməyib. Nəticədə sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Pilot və təyyarənin sərnişini zədə almayıblar.

Qeyd edək ki, hüquq-mühafizə orqanları insidentlə bağlı araşdırmalara başlayıblar. Qəzanın səbəbi öyrənilir.

L.Tağıyeva

 





09.12.2025    çap et  çap et