525.Az

Dünyanın ən tıxaclı şəhəri


 

Dünyanın ən tıxaclı şəhəri<b style="color:red"></b>

İstanbul dünyada avtomobil tıxaclarına görə birinci yerdədir.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "İntex" analitik araşdırma kompaniyasının hazırladığı hesabatda bildirilir.

37 ölkənin 942 şəhərində yolların vəziyyətini öyrənən "İntex"in hesabatında başqa maraqlı məqam da var. Belə ki, 20 milyon əhalisi olan İstanbulun hər sakini il ərzində orta hesabla tıxaclarda 118 saat itirir ki, bu da ötən illə müqayisədə 12 faiz çoxdur.

Qeyd edək ki, siyahıda İstanbuldan sonra Mexiko, Çikaqo, Nyu-York və London qərarlaşıb.

L.Tağıyeva

 





09.12.2025    çap et  çap et