525.Az

9 ayda cari əməliyyatlar balansında 3 mlrd. dollar profisit yaranıb


 

9 ayda cari əməliyyatlar balansında 3 mlrd. dollar profisit yaranıb<b style="color:red"></b>

Bu ilion ilk 9 ayında tədiyə balansının cari əməliyyatlar balansında (CƏB) 3 mlrd. ABŞ dolları və ya ÜDM-in 5.4%-i məbləğində profisit formalaşıb.

Bu barədə 525.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Qeyd edilib ki, CƏB-in profisiti əsasən xarici ticarət və təkrar gəlirlər balanslarının profisitindən irəli gəlib. Təkrar gəlirlər balansının əsas komponenti olan pul baratları üzrə xalis daxilolmaların dinamikası ötən ilə nəzərən müsbətdir. Mərkəzi Bankın 2025 və 2026-cı illərin sonuna cari əməliyyatlar hesabının profisitli olacağı ilə bağlı proqnozu dəyişməz qalır.

 





10.12.2025    çap et  çap et