525.Az

Mərakeşdə iki bina çökdü - 19 ölü, 16 yaralı


 

Mərakeşdə iki bina çökdü - <b style="color:red"> 19 ölü, 16 yaralı</b>

Mərakeşin şimalındakı Fez şəhərində iki bina çöküb.

525.az-ın xəbərinə görə, Mərakeşi mediası gecə saatlarında çökən binalarda yaşayan bir çox insanın dağıntılar altında qaldığını və hadisədən dərhal sonra axtarış-xilasetmə əməliyyatlarının başladığını yazıb.

Hadisə yerində axtarış-xilasetmə işləri davam edərkən kömək üçün tələsən mülki şəxslər bir uşağı dağıntılar altından xilas edə biliblər. Ümumilikdə bədbəxt hadisə nəticəsində 19 nəfər ölüb, 16 nəfər isə yaralanıb. Lakin axtarışlar davam etdiyi üçün sayın artacağı istisna deyil.

Hadisə ilə bağlı genişmiqyaslı araşdırma başlanıb. Binaların çox köhnə ola biləcəyi və istintaqın mümkün tikinti pozuntularını, struktur səhlənkarlığını və inzibati məsuliyyəti araşdıracağı bildirilib.

İbrahim Cəfərov

 





10.12.2025    çap et  çap et