525.Az

Nobel Sülh Mükafatının laureatı itkin düşüb


 

Nobel Sülh Mükafatının laureatı<b style="color:red"> itkin düşüb</b>

Nobel Sülh Mükafatı laureatı elan edilən Venesuela müxalifət lideri Maria Korina Maçado itkin düşüb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu səbəbdən mükafatlandırma mərasimindən əvvəl Maçadonun iştirakı ilə Osloda keçirilməsi planlaşdırılan mətbuat konfransı ləğv edilib.

“The Guardian” qəzetinin məlumatına görə, rəsmilər Maçadonun harada olduğu barədə heç bir məlumata malik olmadıqlarını bildiriblər.

Qeyd olunub ki, Maçado əvvəlki müsahibələrində Osloya çatmağın çətinliyindən bəhs edib. Eləcə də venesuelalı siyasətçinin Norveç paytaxtına nə vaxt gələcəyi ilə bağlı heç bir məlumat verilməyib.

Maçado sonuncu dəfə 9 yanvarda Karakasda Venesuela prezidenti Nikolas Maduronun üçüncü müddətə andiçmə mərasiminə qarşı keçirilən etiraz aksiyasında ictimaiyyət qarşısına çıxıb. Maçadonun komandası hələlik məsələ ilə bağlı heç bir açıqlama verməyib. Lakin siyasətçinin ailəsi mükafatlandırma mərasimində iştirak etmək üçün Norveçə gəlib. Onun 84 yaşlı anası Korina Pariska de Maçado bazar ertəsi günü Osloya gəldiyini və qızını bir ildir görmədiyini bildirib.

Nobel İnstitutunun direktoru Kristian Berq Harpviken Norveçin NRK radiosuna verdiyi müsahibədə bildirib ki, Maçado tədbirə qatılmasa, mükafatı anası adından onun qızı Ana Korina Maçado qəbul edəcək.

İbrahim Cəfərov

 





10.12.2025    çap et  çap et