525.Az

Sudanda hərbi yük təyyarəsi qəzaya uğrayıb


 

Sudanda hərbi yük təyyarəsi <b style="color:red"> qəzaya uğrayıb</b>

Port-Sudanda İl-76 hərbi yük təyyarəsi eniş edərkən qəzaya uğrayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisəni ölkənin müdafiə nazirliyinin yüksək rütbəli hərbçiləri təsdiqləyiblər.

Onlardan birinin verdiyi məlumata görə, ekipaj üzvləri enişdən az əvvəl təyyarədə problem olması ilə bağlı dispetçeri məlumatlandırıblar. Digər hərbçi isə ekipaj üzvlərinin həlak olduğunu bildirib.

Qeyd edək ki, Osman Diqna hərbi bazasının yerləşdiyi Port-Sudandakı sözügedən qəzada neçə nəfərin öldüyü barədə dəqiq məlumat yoxdur.

L.Tağıyeva

 





10.12.2025    çap et  çap et