525.Az

Aİ-nin daimi nümayəndələri Rusiyaya qarşı yeni sanksiyaları razılaşdırıblar 


 

Aİ-nin daimi nümayəndələri Rusiyaya qarşı yeni sanksiyaları razılaşdırıblar <b style="color:red"></b>

Avropa İttifaqına üzv dövlətlərin daimi nümayəndələri Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək barədə razılığa gəliblər.

525.az xəbər verir ki, bu barədə Avropa KİV-ləri məlumat yayıb. 

Xüsusən də Rusiyadan neftin nəqli ilə bağlı 9 fiziki və hüquqi şəxsə qarşı məhdudiyyətlərin tətbiqi planlaşdırılır. Bundan əlavə, sanksiyalar siyahısına daha 43 gəmi əlavə olunacaq. Məlumata görə, sanksiyalar, digər məsələlərlə yanaşı, Valday Müzakirə Klubuna da təsir edəcək.

Yekun qərar üzv ölkələrin xarici işlər nazirləri tərəfindən 15 dekabrda keçirilməsi planlaşdırılan iclasda veriləcək.

Pərvanə Sultanova

 





10.12.2025    çap et  çap et