525.Az

Qəzzada ölənlərin sayı 70 369-a çatıb


 

Qəzzada ölənlərin sayı 70 369-a çatıb<b style="color:red"></b>

Qəzza Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində ölən və yaralananlar, həmçinin dağıntılar altından çıxarılan cəsədlərlə bağlı son məlumatları açıqlayıb.

525.az xəbər verir ki, son 24 saat ərzində dağıntılar altından 1 nəfərin cəsədi çıxarılıb, 1 nəfər həlak olub, 5 nəfər isə yaralanıb.

Bununla da atəşkəs başlayandan etibarən ümumilikdə 379 nəfər həlak olub, 992 nəfər yaralanıb.

Ümumilikdə isə 2023-cü il oktyabrın 7-dən indiyə qədər Qəzzada ölənlərin sayı 70 369-a, yaralıların sayı isə 171 069 nəfərə çatıb.

İsgəndər Həsənov

 





10.12.2025    çap et  çap et