525.Az

“Porşe” şirkətinin sahibi dördüncü dəfə evləndi


 

“Porşe” şirkətinin sahibi dördüncü dəfə evləndi<b style="color:red"></b>

Avtomobil nəhəngi “Porşe” şirkətinin 82 yaşlı rəhbəri Volfqanq Porşe 4-cü dəfə evlənib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Avstriyanın Zalsburq şəhərində 62 yaşlı şahzadə Qabriele Leyninqen ilə ailə həyatı qurub. Mərasimdə az sayda qonaq iştirak edib. Jurnalistlərin toyda iştirakına icazə verilməyib. Eləcə də toydan fotoların mətbuata sızmasının qarşısını almaq üçün xüsusi tədbirlər görülüb.

Qeyd edək ki, Volfqanq Porşe əvvəllər üç dəfə evli olub. Onun yeni həyat yoldaşı Qabriele Leyninqen isə üçüncü dəfə ailə qurub.

İbrahim Cəfərov

 





11.12.2025    çap et  çap et