525.Az

Koreyada rüşvət almaqda ittiham olunan nazir istefa verdi


 

Koreyada rüşvət almaqda ittiham olunan nazir <b style="color:red"> istefa verdi</b>

“Birlik Kilsəsi” adlanan dini qrupdan rüşvət almaqda ittiham olunan Cənubi Koreyanın okeanlar və balıqçılıq naziri Çun Ce-Su istefa verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, rüşvət ittihamının yalan olduğunu iddia edən Çun istefa qərarını belə əsaslandırıb:

“İddialar tamamilə yalandır, amma hökumətin rahat fəaliyyətini təmin etmək üçün istefa verməyim uyğundur”.

Prezident Li Ce Myunun istefanı qəbul edəcəyi bildirilirib.

Qeyd edək ki, Çun Ce-Sun 30 milyon von (20.500 dollar) nağd pul və iki bahalı saat rüşvət almaqda ittiham olunur.

İbrahim Cəfərov

 





11.12.2025    çap et  çap et