525.Az

Paşinyanın təyyarəsi hava məkanı bağlı olduğu üçün Moskvaya eniş edə bilməyib 


 

Paşinyanın təyyarəsi hava məkanı bağlı olduğu üçün Moskvaya <b style="color:red"> eniş edə bilməyib </b>

Ermənistanın Baş naziri Nikol Paşinyanın təyyarəsi Rusiya paytaxtı üzərində hava məkanının müvəqqəti bağlanması səbəbindən gecə saatlarında Moskvaya eniş edə bilməyib.

525.az xəbər verir ki, bu barədə Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan özünün sosial şəbəkə hesabında yazıb. 

Təyyarə Sankt-Peterburqa doğru hərəkət edərək Pulkovo hava limanına təhlükəsiz şəkildə eniş edib.

Onun sözlərinə görə, səhər saatlarında Baş nazir Avrasiya Hökumətlərarası Şurasının növbəti iclasında, eləcə də elm və texnologiya sahəsində beynəlxalq konfransda iştirak etmək üçün Moskvaya yola düşüb.

Məlumata görə, dekabrın 10-u gecəsi Rusiyanın Moskva bölgəsi Ukraynanın pilotsuz təyyarələrinin irimiqyaslı zərbələrinə məruz qalıb. Bu səbəbdən Şeremetyevo, Vnukovo, Domodedovo və Jukovski hava limanlarında məhdudiyyətlər tətbiq edilib.

Pərvanə Sultanova

 





11.12.2025    çap et  çap et