525.Az

Əli Əsədov Türkmənistana işgüzar səfər edib


 

Əli Əsədov Türkmənistana işgüzar səfər edib<b style="color:red"></b>

Bu gün Baş nazir Əli Əsədov Türkmənistana işgüzar səfər edib.

525.az-a bu barədə Nazirlər Kabinetindən xəbər verilib.

Aşqabad Beynəlxalq Aeroportunda Baş nazir Ə.Əsədovu Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Mammetxan Çakıyev və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, Baş nazir Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü ilə bağlı keçirilən tədbirlərdə iştirak edəcək.

 





11.12.2025    çap et  çap et