“Ukrayna avropalı tərəfdaşları ilə birgə hazırladığı 20 bəndlik sülh planının yeni variantını ABŞ-a təqdim edib”.
525.az xəbər verir ki, bu barədə ABC News ukraynalı rəsmiyə istinadən məlumat yayıb.
Rəsmi şəxs bildirib ki, planda ərazilər və Zaporojye Atom Elektrik Stansiyası üzərində nəzarətlə bağlı bəzi yeni ideyalar var.
Noyabrda Vaşinqtonun 28 bəndlik plan təklif etməsindən sonra Ukrayna ilə bağlı danışıqlar intensivləşib. Kiyev və Avropadakı tərəfdaşları sənədlə bağlı narazılıqlarını bildirib və dəyişikliklər təklif ediblər. Daha sonra ABŞ prezidenti Donald Tramp bəyan edib ki, ilkin plan Moskva və Kiyevin mövqelərini nəzərə almaq üçün yenidən işlənib, yalnız bir neçə mübahisəli məsələ qalıb. Amerika nümayəndələri Floridada Ukrayna nümayəndə heyəti ilə və Moskvada Rusiya tərəfi ilə danışıqlar aparıblar. 8 dekabrda Vladimir Zelenski Avropa liderləri ilə görüşü zamanı hazırlanmış 20 maddəlik sülh planını ABŞ-a təqdim edəcəyini söyləyib.
Pərvanə Sultanova
çap et