525.Az

4-cü dəfə həbsxanadan qaçdı


 

4-cü dəfə həbsxanadan qaçdı<b style="color:red"></b>

Cinayətkar aləmdə "qaçış ustası" ləqəbi ilə tanınan 41 yaşlı qatı cinayətkar, albaniyalı Taulant Toma 4-cü dəfə həbsxanadan qaçıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ötən  həftəsonu baş verib.

Milanın məşhur "Opera" həbsxanasında saxlanılan Toma saxlandığı kameranın dəmir barmaqlıqlarını kəsərək yataq dəstindən hazırladığı iplə aradan çıxa bilib. Onun 6 metr hündürlükdə hasarı neçə keçdiyi sual olaraq qalır. Polis onun axtarışına səfərbər olunub. Tomanın  ölkəni tərk etmək ehtimalı böyük olduğundan sərhəd-keçid məntəqələrində nəzarət gücləndirilib.

Qeyd edək ki, qarət və bir sıra başqa cinayətlərə görə 2048-ci ilin oktyabrına kimi həbs olunmuş Taulant Toma ilk dəfə 2009-cu ildə həbsxanadan qaçmağı bacarmışdı.

L.Tağıyeva

 





11.12.2025    çap et  çap et