525.Az

“Bakı və İrəvan arasında sülh çoxşaxəli əməkdaşlıq üçün geniş perspektivlər açır” - Tokayev 


 

“Bakı və İrəvan arasında sülh çoxşaxəli əməkdaşlıq üçün geniş perspektivlər açır” - <b style="color:red"> Tokayev </b>

“Azərbaycan və Ermənistan arasında sülh üzrə Birgə Bəyannamənin imzalanması tarixi əhəmiyyət daşıyır”.

525.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev  Aşqabadda keçirilən "Beynəlxalq sülh və etimad ili -2025” forumunda bildirib.

Prezident iki ölkə arasında sülh müqaviləsinin tezliklə bağlanacağına ümid edir.

“Bizim fikrimizcə, Azərbaycan və Ermənistan arasında sülh üzrə Birgə Bəyannamənin imzalanması tarixi əhəmiyyət daşıyır və bu, regionda və onun hüdudlarından kənarda çoxşaxəli əməkdaşlıq üçün geniş perspektivlər açır. Cənubi Qafqazda sabitliyi təmin edəcək tamformatlı sülh sazişinin tez bir zamanda bağlanacağına ümid edirik", - Qazaxıstan lideri vurğulayıb.

Pərvanə Sultanova

 





12.12.2025    çap et  çap et