525.Az

Putin və Ərdoğan Ukrayna mövzusunda fikir mübadiləsi aparıblar


 

Putin və Ərdoğan Ukrayna mövzusunda fikir mübadiləsi aparıblar<b style="color:red"></b>

Beynəlxalq Sülh və Təhlükəsizlik Forumunda iştirak etmək üçün Türkmənistana səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Aşqabadda Rusiya lideri Vladimir Putinlə görüşüb.

525.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

O görüşlə bağlı sadəcə bunları deyib: “Ərdoğan və Putin arasındakı görüş nümayəndə heyətlərinin iştirakı olmadan davam etdi. Tərəflər Ukrayna mövzusunda ətraflı fikir mübadiləsi aparıblar”.

İbrahim Cəfərov

 





12.12.2025    çap et  çap et