525.Az

"Avroviziya" qalibi olmuş müğənni mükafatından imtina etdi


 

"Avroviziya" qalibi olmuş müğənni mükafatından imtina etdi<b style="color:red"></b>

2024-cü ildə "Avroviziya" mahnı müsabiqəsinin qalibi olmuş isveçli Nemo mükafatından imtina edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb kimi müğənni İsrailin 2026-cı ildəki müsabiqəyə buraxılmasını göstərib.

Etiraz edən Nemo ona verilmiş mükafatı Avropa Yayım İttifaqının Cenevrədəki ofisinə göndərib.

Qeyd edək ki, bir neçə gün əvvəl 4 ölkə - İspaniya, İrlandiya, Niderland və Sloveniya İsrailin gələn ilki müsabiqədə iştirakına görə yarışmaya qatılmayacağını bildirmişdi.

L.Tağıyeva

 





12.12.2025    çap et  çap et