525.Az

“ATV” telekanalının yeni siması- Təhlil


 

“ATV” telekanalının yeni siması- <b style="color:red">Təhlil</b>

Həyat ŞAMIYEVA
Ekspertiza, proqramlaşdırma analitik şöbənin baş məsləhətçisi

Kütləvilik xarakteriylə cəmiyyətin mənəvi tərbiyəsi, düşüncə tərzinin formalaşması, zövqlərin biçimlənməsi kimi proseslərdə əhəmiyyətli əvəzsiz yer tutan TV insanların siyasi, ictimai, mədəni, milli-mənəvi, hətta dini şüurunun yönləndirilməsində müstəsna rol oynayır. Televiziya sadəcə, efir yayımı funksiyasını həyata keçirən elektron KİV-lərdən biri olmayıb, həm düşünən, düşündürən, öz fəaliyyətini məqsədli bir istiqamətdə quran bu istiqamətin ideya müəllifi, daşıyıcısı, icraçısı səlahiyyətlisi olan bir qurumdur. Bütün siyasi, ictimai, mədəni, sosial proseslərdə olduğu kimi, yayım prosesləri daima inkişafda yenilənməkdədir. İstənilən inkişafın bazasında isə mütləq insan amili, ümumbəşəri qlobal elementlər dalğası mövcuddur. Bu dalğanın törətdiyi fəsadlar isə istənilən prosesi milli kökündən, adət-ənənəsindən, milli mənəviyyatından uzaq sala bilər. Məhz buna görə , kütləvi auditoriyası olan televiziya mütləq mənada ümummilli ahəng üstündə köklənməlidir. Televiziyanın daxili potensialı, yaradıcı gücü, işlək qüvvəsi, jurnalist bazası daha çox milli-mənəvi dəyərlər kontekstində yüklənməlidir. Çünki, televiziya istehlakçısının bütün yuxarıda sadalanan prosesləri necə dərk etməsi hansı mövqe tutması, xeyli dərəcədə, telekanalların mövqeyinin göstəricisidir.

Azərbaycan teleməkanı həm kəmiyyət, həm keyfiyyətcə durmadan inkişaf etməkdədir. İstər dövlət, istər özəl, istərsə regional telekanallar ilbəil artmaqda, fərqli dəyişikliklər, yeniliklər etməkdə, bununla da çiyinlərinə daha çox sosial məsuliyyət götürməkdədirlər.

Azərbaycan teleməkanında fəaliyyət göstərən özəl televiziyalardan olanATVtelekanalında son aylar köklü dəyişikliklər baş verib. Aylarla davam edən bu dəyişikliklər yerini tutdu maraqlı bir şəkildə efir haqqı qazandı. İndi tam arxayınlıqla deyə bilərik ki, “ATVtelekanalında proqram rəngarəngliyi mövzu müxtəlifliyi baş tutub. Yeni mövsümə yeni verilişlərlə çıxmışATVhazırlıqlarını başa çatdırıb həm köhnə, həm yeni, həm ən yeni aparıcılarıyla yeni efirə başlayıb. Bu vəziyyət verilişlərin formaca müxtəlif olmasına  imkan verməklə bərabər, məzmun baxımından da uğurlu həllini tapmasına kömək edıb. ArtıqATVefirində həyatın demək olar ki, bütün sferalarınısiyasi-ictimai, iqtisadi ( “Biznes +” layihəsi gözlənilməkdədir), mədəni, sosial, informasiya, idman, sağlamlıq gözəllik, uşaq gənclərin maraqları, kulinariya, şou-biznes, avtomobil texniki təchizat dünyası, sinema aləmi, kriminal, musiqili əyləncə, intellektual yarışma sairəni əhatə edən proqram verilişlər mövcuddur. İlk yeniləşmə aylarında dəyişikliklərdən xəbər verən anonslar göz oxşayırdı. YeniləşənATV”-ninBurda həyat var...” deyən anons çarxları sözünü tutdu telekanalın yayım rəngarəngliyi zaman-zaman sübuta yetirildi. Cəmiyyətin bütün təbəqələri yaş kateqoriyaları üçün nəzərdə tutulmuş verilişlər bu verilişlərin çox müxtəlif mövzuları meydana gəldi. “ATV  dəyişiklikləriylə tamaşaçı seyrçi üçün gərəkli olan hər mövzuya bu mövzuları efirə çıxara biləcək verilişlərə imza atdı. Bununla da,  ATVproqram rəngarəngliyi mövzu genişliyilə üzərinə düşən ictimai məsuliyyəti düzgün dəyərləndirdi ortaya çıxardığı məzmun forma vəhdətinin təsir imkanını artırmış oldu. Bir çox verilişlərin forma tərtibatında keyfiyyət dəyişikliklərinin həyata keçirilməsi, dizayn çeşidliliyi tamaşaçının göz yorğunluğuna yol verməmək üçün atılmış mühüm addım kimi dəyərləndirilməlidir.

ATVefirində mədəni dəyişikliklər daha çox diqqət çəkdi. Şou-biznes aləmində baş vermiş qalmaqallarla müşahidə olunan verilişlər qismən azaldıldı evlilik proqramı (“Onun yarısı”) efirdən çıxarıldı. Bu dəyişiklikləri ATV efirində mədəni hadisə saymaq mümkündür. Çünki əsas güc sosial əsl mədəni proseslərin həllinə nümayişinə doğru yönəldi. Yeni layihələrdən olanSönməyən ulduzlar xəbər?”, “Ümid vartok-şousu, eyni zamandaATVtelekanalında artıq bir neçə ildir ki, “vətəndaşlıq hüququqazanmışTanımadığımız tanışlar”, həmçininGün keçir”, “Tanıdım səniverilişləri mədəniyyətin tanıdılmasına xidmət edir. Xüsusilə, “Sönməyən ulduzlarTanımadığımız tanışlar”-ı qeyd etmək olar. Bu proqramlar ən çox mədəniyyət ədəbiyyat sahəsində, ictimai həyatda uğurlar qazanmış, özünü təsdiq etmiş sözünü demiş insanlara həsr edilir. Azərbaycan mədəniyyətinin ünlü xadimlərini çəkib tanıtmaq bilavasitə milli müasir mədəniyyətimizi tanıtmaq deməkdir. Çünki mədəniyyətimizin əsasını təşkil edən sütunlar arxada buraxılan əsərlərdir. Bu əsərlərin yaradıcısının kökündə isə təbii ki, insan amili durur. Mədəniyyətimizdə iz qoymuş saysız-hesabsız abidə şəxsiyyətlərimiz var. Onlar dəyərli sözləri, tayı-bərabəri olmayan həyat tərzləri bizə ərməğan etdikləri dastanlaşmış təlimləriylə insanlığa rəhbərlik edirlər. Bunları seyrçiyə tanıtmaq isə, artıq televiziya radioların işidir. Azərbaycan mədəniyyətinin bir qolu da kino sənətidir. Kinosuz həyatı təsəvvür etmək qeyri-mümkündür. Çünki kino həyatın efir güzgüsüdür. Müasir dövrümüzün ən maraqlı ən populyar növü hesab edilən kino xalqımızın həyatına nüfuz etmiş onun ayrılmaz hissəsinə çevrilmişdir. Milli kinomuz ildən-ilə zəngin təcrübə toplamış, xalqımızın həyatını problemlərini əks etdirən müxtəlif növ janrda xeyli əsər yaradılmışdır. Bu filmlər yeniləşən nəsillər üçün saxlanılmış, xalqımızın mənəvi sərvətinə çevrilmişdir. Kino aləmində baş verən yeniliklərSinema ATVverilişində yer tutur. Qeyd edək ki, bu veriliş əsasən dünya kino aləmindəki proseslərə yeniliklərə həsr edilsə , Azərbaycan kino sənəti oradakı yeniliklərdən söz açılır. Yetər ki, Azərbaycan kino aləmində yeni proseslər baş versin. Son dövrlərdə bu proseslər sürətləndi, yeni seriallar çəkildi digər kanallarda olduğu kimi, “ATVefirində yayımına yer ayrıldı. “Bacanaqlar”, Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 2011-ci il tarixli sərəncamına əsasən telekanallara ayrılan maliyyə yardımının dəstəyi əsasında çəkilənPərvanələrin rəqsi”, “Sirr”, “Məhkumlar”, “HəkimlərQağayıadlı teleserialların nümayişinə başlanıldı.

Azərbaycan mədəniyyəti zəngin mətbəxi çox çeşidli yemək növləri ilə məşhurdur. Telekanallar öz efir işlərində bunu tanıtmaq təbliğ etməyin yollarını düşünməlidirlər. Bu baxımdanATVtelekanalı bu işin öhdəsindən gəlməkdədir. “ATVtelekanalı mədəniyyətin bu sahəsinə da biganə qalmamış, efirindəSüfrəmizadlı proqram yerləşdirmişdir. Bu proqramda Azərbaycan mətbəxinin möcüzəli dadlı nümunələrinin hazırlanması təqdim edilməsi yer alır. Mədəniyyəti zəngin olan millətin qida mədəniyyətinin dünyaya meydan oxuduğu ortadadır.

Milli-mənəvi mənbələrimizi hər gün efirə çıxarmaq, xalqa tanıtmaq tanıtdırmaq lazımdır. Yalnız bu yolla millətin mədəniyyətinə, onun mənəvi sərvətlərinə hər gün bir daha sahib çıxmaq mümkündür. Efir, mənfur qonşularımız olan ermənilər kimi mədəniyyətimizi mənimsəyib adına çıxanlara cavab verməyin, haqsız yerə yalançı iddilalarda olanları susdurmağın yeganə olmasa da, ən operativ məkanıdır. Bu məkandan istifadə yolunda telekanallar üçün bir vətəndaşlıq, bir vətənpərvərlik mövqeyi sərgiləməyin zamanı çoxdan çatıb. Fikrimizcə, “ATVtelekanalı mütəmadi olaraq bu istiqamətdə işini qurur qurmaqdadır. Dəyərlərlə birgə, misralar, abidələr arasında gizli qalan əski mədəniyyətimizi təfəkkür qatından keçirib keçmişi içi boş bir təqvim yarpağı olmaqdan qurtarmaq, qədim tariximizi mədəniyyətimizi günümüzə daşımaq hamımıza bir vətəndaşlıq borcudur. “Gizli tarixlayihəsi Azərbaycan tarixi gerçəkliklərini ortaya çıxarmaq yolunda efir carçısıdır.

Danışıq tamaşasımənasını verən, aktual mövzuları çözüm obyektinə çevirən tok-şoulardanSəni axtarıramÜmid varlayihələri sosial-pedaqoji funksiyanın təcəssümündə əhəmiyyətli yer tutur. Ekspertlərin tamaşaçıların canlı ünsiyyəti ilə müəyyən mövzu ətrafında bilgilərin verilməsi, ailə-nikah problemlərində gerçəyin ortaya çıxarılması, tərəflərin ziddiyyəti hesabına seyrçi marağının cəmləşməsi sözügedən tok-şouları digər analitik proqramlardan fərqləndirir. Tok-şoulara qoyulan əsas tələb kimi janrın birinci əlaməti olaraq yüngül danışıq, aparıcının artistizmi tamaşaçıların mütləq iştirakı yuxarıda söylədiyimiz verilişlərdə öz həllini tapır. Hər iki veriliş məzmun formaca oxşar olsalar da, mahiyyətcə fərqlidirlər. Belə ki, birincidə (“Səni axtarıram”) müxtəlif səbəblərdən ayrı düşmüş insanların onların yaxınları tərəfindən axtarılması ana xətt olduğu halda, ikincidə (“Ümid var”) müxtəlif sosial problemlərin, mədəni proseslərdə iştirakçı olan insanların üzləşdiyi çətinliklər əsas hədəfə çevrilir. AmmaÜmid varverilişi yeni mövsümdən etibarənOnun yarısıevlilik proqramının əvəzinə efirdə yer tutmuş ilk buraxılışları uğursuz olmuşdu. Belə ki,  18.09.2012 tarixdə 17.00-19.00 saatlarında yayımlanan bu verilişin ilk buraxılışıcinsi təcavüzə təhrikhalının bütün detalları açıq milli-mənəvi dəyərlərə zidd ifadələrin səsləndirilməsi ilə efirə milyonların qarşısına çıxmışdı. Verilişin qanuna zidd cəhətləri ondan ibarət olmuşdu ki, gündüz saatlarında (17.00-19.00) efirə gedən bu proqramı azyaşlı yetkinlik yaşına çatmayan uşaqlar da izləyə bilər bu onların psixoloji travma almalarına gətirib çıxara bilərdi. Digər tərəfdən isə milli-mənəvi dəyərlərimizə zidd cəhətlərin müzakirə obyekti olması, həm bütün çılpaqlıqlarıyla milyonlarla izləyici qarşısına çıxarılması heç təqdirəlayiq hal deyildi. “Ümid varelə ilk buraxılışlarındanUşaqların yetkinlik yaşına çatmayanların fiziki, əqli mənəvi inkişafına ziyan vura bilən kodsuz yayımlanan, o cümlədən erotikanı qaddarlığı əks etdirən proqramlar üçün xüsusi Qaydaların” 2.7-ci maddəsinə zidd hallarla müşahidə olunmuşdu. “ATVefirinin yenilikləri bəzi qanun pozuntularıyla müşahidə edilmiş, yekunda  MTRŞ tərəfindən xəbərdarlıq almışdı.

Yeni mövsümdə yeniliklərlə yayımlananATV”-nin informasiya analitik-informasiya verilişlərində yalnız isim dəyişmələri baş verdi. Son aylara qədərSon Xəbəradıyla yayımlanan informasiya proqramı ismini dəyişsə , mahiyyətini dəyişməyərək ATV izləyicilərinə ölkədə dünyada baş verən xəbərləri operativ çatdırmaqla əhəmiyyət kəsb etdi. Bu proqram yeniləşənATV”-ATV Xəbəradını aldı. Həftə içi hər gün 7 dəfə efirə çıxanATV Xəbərhəftəlik informasiya anlamında  bazar günüHəftə sonuyla yekunlaşır. Həftə ərzində  gündəlik ekranda səslənən ən sensasiyalı informasiyaHəftə sonuna qədər tədricən səngiyir yalnız xatırlamalarda ya onunla bağlı hər hansı bir nəticənin üzə çıxması formasında təcəssüm edir. Lakin müəyyən zaman kəsimində baş verən hadisələrin təhlili, mütləq vacib olması, yenidən analiz edilməsi, seyrçi dinləyicinin siyasi dünyagörüşlərinin düzgün istiqamətdə yönləndirilməsi analitik-informasiya proqramı olaraqHəftə sonu”-nun ən ümdə vəzifəsi kimi ortaya çıxdı.

Publisist Orxan Fikrətoğlunun aparıcılığı iləATVefirində yeni yer alan xəbər?”  informativ-analitik publisistik veriliş kimi çox əhəmiyyət daşıdığından marağa səbəb olur. Öz üslubunu tapmış layihə fərqli ad altında bir telekanaldan digərinə transfer edilməsinə baxmayaraq maraq doğurur. Maraqlı bir hadisənin problem kimi çözümə çıxarılması, müxtəlif hadisələrə şərhçi təhlilindən yanaşma, ekspert rəyinin mövcudluğu, yarızarafat, yarıciddi münasibət baxımından xəbər?” –in hər buraxılışı əhəmiyyətlidir.

YenilənənATVuşaq yeniyetmələri, gəncləri unutmadı. Bu sahədə yeni layihələrə imza atdı: “Free Zone”, “Məqsəd tələbə” (tezliklə), “Sən Mənadlı yeniyetmə gənclərə ünvanlanmış verilişlər start götürdü.  Free Zoneverilişi, bir minus kimi adının əcnəbi dildə olmasına baxmayaraq (qeyd edək ki, “Azad zonaanlamını verir elə bu adda da yayımlana bilərdi) ilk buraxılışdan diqqətimizi çəkdi. Diqqət çəkən məqam bu verilişə xüsusi istedad bacarıq sahibi olan, cəmiyyətə hələ özünü tam təsdiq etməmiş qeyri-adi gənclərin cəlb edilməsidir bu hal efir məkanında vacib amildir.

Yeni layihələrdən olan “10 yaş cavanlaşverilişinin bir növ əlavəsi kimi efirə çıxan yeniCəsur gözəllər meydanı  Azərbaycan xanımlarınıngözəllik qurban tələb edirifadəsinə qədər iradə güc tətbiq edə biləcəklərini ortaya qoyması baxımından maraq doğurur. Yuxarıda qeyd etdiyimiz kimi, həyatın bütün sferalarını, yaş maraq kateqoriyalarını əhatə etməyə çalışanATV  xanımların gözəlləşmə yolundakı iradə nümayişini əks etdirən missiyanı da öz üzərinə götürdü.

ATVtelekanalında son dövrlərdə verilişlərin rəngarəngliyiylə bağlı baş verən müsbət dəyişikliklərə baxmayaraq bir sıra neqativ hallara da rast gəlmək mümkündür. Necə deyərlər, olan yerdə səhvlərin olması zəruridir. Yeni mövsümdən öncəki yayımla son ayların yayımı arasında ən çox nəzərə çarpan hal qalmaqal intriqalarla müşaiyət olunan şou-biznes verilişlərinin qismən azaldılmasıdır. Yeniliklər aparıcıların efir manerasına da sirayət etmiş oldu. Aylar öncə eyni adlı ya fərqli verilişlərin aparıcılarının (“Gün keçir”, “Ümid var”) efir mədəniyyətigeyim, danışıq davranış manerası, efir etikası yaxşılığa doğru nəzərəçarpacaq dərəcədə dəyişib.

Neqativ hallar əsasən, reklamlarla bağlıdır bu sahədə bəzi problemlər qalmaqdadır. Bu, əsasən reklam blokları arasındakı intervala bəzən əməl olunmaması (35.4- maddə), bir saat ərzində nəzərdə tutulmuş reklam vaxtının Qanunda nəzərdə tutulduğundan artıq olması (35.7-ci maddə),  sponsorluq təqdimetmələrinə verilişdaxili müddətlərdə çox yer ayrılması, verilişlərin anonsu zamanı anonsdaxili sponsorların da reklam olunması s. ilə bağlıdır.

Sponsorluqla bağlı ciddi nöqsanlar əksərən qalmaqdadır bir sıra verilişlərdə baş sponsor sponsorların təfsilatıyla, geniş şəkildə təqdimatı yenə qanunvericilik baxımından narahatlıq yaratmaqdadır. Qanunla sponsorların təqdimatı verilişin əvvəlində axırında 2 dəfə yayımlanmalı olduğu halda, telekanal bunu eyni verilişin ayrı-ayrı hissələrinin əvvəlində axırında, hətta ortasında etməklə sponsorluq xatırlatmalarına xeyli yer ayırır bu xatırlatma geniş təfərrüatı ilə seçilir. Bu tip verilişlər sırasına xüsusiləÜmid var”, “Gün keçir  Çox yaşadaxildir.

ATVnin “10 yaş cavanlaşverilişi, verilişin formatına uyğun iştirakçıların cavanlaşdırılması məqsədilə ayrı-ayrı klinika estetik mərkəzlərdə çəkiliş aparmaqla bu klinika salonların həm özlərinin, həm cərrah, həkim  əməkdaşlarının reklamına xidmət etmiş olurlar.

ATVtelekanalında müəyyən klinika, gözəllik, yaxud da satış mərkəzləri nümayəndələrinin verilişlərə dəvət olunmalarıyla reklamlarına şərait yaradılır. Məsələn, 30.10.2012 tarixdə saat 10.00-da yayımlananSüfrəmizverilişində aparıcı, “Brot Houseçörək şirniyyat mağazasından dəvətli olan nümayəndə ilə 17 dəqiqə ərzindəBrot Housemağazasının çörək məhsullarından söz açmaqla mağazanı onun məhsullarını reklam etmişdir.

Anoloji vəziyyətGün keçirverilişinin 14.11.2012 tarixli yayımında müşahidə edilmişdir. Belə ki, verilişin baş sponsoruTudorçaylarının aparıcı təqdimatında diktor mətniylə nümayişindən əlavə, bu çayın reklamı üçün xarici ölkədə (Şri Lanka) verilişin aparıcısı Nanə Ağamalıyevanın iştirakıyla çəkilişlərdən olan kadrlara yer ayrılması sponsorluq təqdimatında, qanunvericiliyə uyğun olmayan ziddiyyətlərin baş verməsinə səbəb olmuşdur.

Ümumiyyətlə, istənilən telekanal unutmamalıdır ki, cəmiyyətə insanların ixtiyarına öz xidmətlərini qeyri-şərtsiz təqdim edən ən mühüm KİV vasitələrindən biri  televiziyadır. Onlar açıq ya gizli şəkildə insanların mənəvi durumuna, zövqünə, bədii-estetik intellektual inkişafına təsir edən bir məkandır. Bu məkanın necəliyidoğru-dürüstlüyü, qərəzsizliyi, dəqiqliyi artıq onu seyr edənlərin əksəriyyətini qeyri-ixtiyari olaraq maraqlandırmır. Müxtəlif çeşidli informasiyalar, veriliş proqramlar televiziya radio vasitəsilə evlərimizə təşrif gətirir, insanın ətrafında ona seçim imkanı verməyən lokal informasiya məkanı virtual mədəni-mənəvi mühit yaradır. Bu mühit isə seyrçiyə bilavasitə təsir edə onu formalaşdıra, yaxud dəyişdirə bilir. Bu baxımdan, haqqında söz açdığımızATVtelekanalı yeni mövsümdən imza atdığı dəyişikliklərlə öz yeni simasını yaratmaqda olduğunu unutmamalıdır. Onun yayım fəaliyyətində ən çox diqqətimizi çəkən məqamları analiz etməyə çalışdıq. Yeniliklər müsbət yöndə getsə , “ATVefiri, göründüyü kimi nöqsan qüsurlardan da xali deyil. Yuxarıda sadaladığımız iradlar aradan qaldırılarsa, ümumrespublika yayımçısı kimi bu telekanal öz imicində köklü çevriliş edə bilər. Gözləyək, bundan sonrasını gözləyək...Ümidvarıq ki, “ATVefirinin sabahını fərqli olmaqla yanaşı, həm tam normalara uyğun görə biləcəyik.

 





28.11.2012    çap et  çap et