525.Az

Azərbaycanda su və istilik enerjisi istehsalı həcmi açıqlanıb


 

Azərbaycanda su və istilik enerjisi istehsalı həcmi açıqlanıb<b style="color:red"></b>

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda su elektrik stansiyalarında (KES) 2,666 milyard kVt-saat elektrik enerjisi istehsal edilib.

525.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 54,3 milyon kVt-saat və ya 2% azdır.

Eyni zamanda, hesabat dövründə ölkədə istilik elektrik stansiyalarında 20,445 milyard kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ili ilk 11 ayındakı göstərici ilə müqayisədə 183,4 milyon kVt-saat və yaxud 0,9% artım deməkdir.

İstilik elektrik stansiyalarında əldə edilmiş enerjinin 172,9 milyon kVt-saatı tullantıların yandırılmasından alınan elektrik enerjisi təşkil edib. Bu isə ötən ilin yanvar-noyabr aylarındakı göstəricyə nisbətən 9,9 milyon kVt-saat və ya 5,4% azdır.

Qeyd edək ki, Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2025-сi ilin yanvar-noyabr aylarında 3,096 milyard manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 597,5 milyon manat təşkil edib.

 





13.12.2025    çap et  çap et