525.Az

Azərbaycan boksçusu dünya çempionu oldu


 

Azərbaycan boksçusu dünya çempionu oldu<b style="color:red"></b>

Azərbaycan boksçusu Sübhan Məmmədov (48 kq) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.

525.az xəbər verir ki, mundialın sonuncu günündə rinqə çıxan yeganə Azərbaycan təmsilçisi Sübhan Məmmədov final görüşünü keçirib. O, final qarşılaşmasında Rusiya təmsilçisi erməniəsilli Edmond Xudayanı məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Qeyd edək ki, dünya çempionatında Azərbaycan ümumilikdə 11 boksçu ilə təmsil olunub. Onlardan səkkizi yarışı medalsız başa vurub. Daha iki idmançı – Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) – bürünc medal qazanıb.

 





13.12.2025    çap et  çap et