Palmira şəhərində İŞİD-ə qarşı birgə əməliyyatlara başlayan Suriya təhlükəsizlik qüvvələri və ABŞ əsgərləri hücuma məruz qalıb.
525.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb. Bildirilib ki, hücumda 2 ABŞ əsgəri və 1 tərcüməçi həlak olub, 3 əsgər isə yaralanıb.
Suriyanın SANA xəbər agentliyi hücum zamanı iki suriyalı əsgərin də yaralandığını yazıb.
Pentaqonun sözçüsü Sean Parnell bildirib ki, ABŞ və Suriya əsgərlərinə hücum edən şəxs İŞİD üzvü olub və zərərsizləşdirilib.
O həmçinin qeyd edib ki, yaralılar helikopterlərlə Suriyanın cənubunda yerləşən Tanfdakı ABŞ bazasına təxliyyə edilib.
Hadisədən sonra İraqla həmsərhəd Deyr əz-Zor və Dəməşq arasındakı beynəlxalq yolda nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Hücumdan sonra Ağ Evdə jurnalistlərə açıqlama verən ABŞ prezidenti Donald Tramp İŞİD-in bu hücumunun cavabsız qalmayacağını deyib.
İbrahim Cəfərov
çap et