525.Az

Boliviyanın keçmiş prezidenti həbs olundu


 

Boliviyanın keçmiş prezidenti həbs olundu<b style="color:red"></b>

Korrupsiya istintaqı çərçivəsində saxlanılan Boliviyanın keçmiş prezidenti Luis Arse həbs edilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Arse Boliviyanın sabiq prezidenti Evo Moralesin hökumətində iqtisadiyyat naziri vəzifəsində çalışarkən yerli xalqlarla bağlı layihələr üçün yaradılmış fondda qanun pozuntularına yol verildiyi iddiası ilə tutulub.

Təxminən 6 saat davam edən dinləmənin ardından hakim Arsenin mühakimə olunana qədər La Pazdakı San Pedro həbsxanasında 5 ay saxlanmasına qərar verib. Sabiq prezident təhlükəsizliyinin təmin olunması üçün digər məhbuslardan ayrı bir bölmədə saxlanılacaq.

Ona qarşı irəli sürülən korrupsiya ittihamlarını rədd edən Luis Arse həbsinin siyasi motivli olduğunu deyib. O əlavə edib ki, hazırkı prezident Rodriqo Paz hökuməti ölkənin problemlərini ört-basdır etmək üçün günah keçisi axtarır.

Digər tərəfdən, prezident R.Paz məsələ ilə bağlı açıqlamasında kim olursa olsun, korrupsiya ilə məşğul olan hər kəsin qanun qarşısında cavab verəcəyini bildirib.

Qeyd edək ki, bu ilin 8 noyabrında prezidentlikdən istefa verdikdən sonra Arse əvvəllər olduğu kimi, La Pazdakı San Andres Universitetində (UMSA) iqtisadiyyat üzrə dərs deyirdi.

İbrahim Cəfərov

 





15.12.2025    çap et  çap et