525.Az

Yasamalın bəzi ərazilərində qaz olmayacaq


 

Yasamalın bəzi ərazilərində qaz olmayacaq<b style="color:red"></b>

Bu gün Bakının Yasamal rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.

Bu barədə 525.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, dekabrın 15-də saat 10:00-dan etibarən Yasamal rayonunun M.Şərifzadə, A.Abbasov, X.Mustafayev, H.Zərdabi, X.Dadaşov, V.Əliyev, Z.Kərimov, N.Hikmət və 7,8,9-cu Sallaqxana küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 





15.12.2025    çap et  çap et