525.Az

Bəşər Əsəd Moskvada nə ilə məşğuldur?


 

Bəşər Əsəd Moskvada nə ilə məşğuldur?<b style="color:red"></b>

Suriyanın keçmiş prezidenti, hazırda Moskvada siyasi sığınacaq almış Bəşər Əsəd oftalmologiya ilə məşğuldur.

525.az xəbər verirdi ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.

Bəşər Əsəd haqqında hazırlanan məqalədə onun ətraf aləmlə çox az əlaqə saxladığı, sakit həyat tərzi keçirdiyi yazılır. Oftalmologiya ilə bağlı biliklərini zənginləşdirməyə  çalışan Əsəd bununla yanaşı həm də rus dilini öyrənir.

Qeyd edək ki, Bəşər Əsədin gəncliyində tibb təhsili aldığı və oftalmoloq ixtisasına yiyələndiyi məlumdur.

L.Tağıyeva

 





15.12.2025    çap et  çap et