525.Az

CAR-da məbəd uçdu, 5 nəfər həyatını itirdi


 

CAR-da məbəd uçdu, 5 nəfər həyatını itirdi<b style="color:red"></b>

Cənubi Afrika Respublikasının Kvazulu-Natal əyalətində Redkliff məbədinin uçması  azı 5 nəfərin həyatına son qoyub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Etekvini dairəsinin meri Siril Haba bədbəxt hadisə ilə bağlı mətbuata açıqlamasında bildirib.

Onun sözlərinə görə, məbəd qanunsuz inşa olunubmuş. Üstəlik, tikinti planı lazımi qurumlarla razılaşdırılmayıb.

Hazırda hadisə yerində xilasetmə işləri aparılır, faktla bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, bənzər hadisə oktyabrda Efiopiyada da yaşanmışdı. Həmin vaxt tikilməkdə olan kilsənin uçması nəticəsində 25 nəfər ölmüş, 100-dın çox insan yaralanmışdı.

L.Tağıyeva

 





15.12.2025    çap et  çap et