525.Az

Sakaryada zəncirvari toqquşma - 12 yaralı


 

Sakaryada zəncirvari toqquşma - <b style="color:red"> 12 yaralı</b>

Türkiyənin Sakarya şəhərində zəncirvari qəza baş verib.

525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, D-650 şosesində 2 yük maşını, 1 mikroavtobus, 1 pikap və 2 minik avtomobili toqquşub. Toqquşma nəticəsində ümumilikdə 12 nəfər xəsarət alıb. Qəza səbəbiylə magistral təxminən 2 saat bağlanıb, bu isə uzun avtomobil növbəsinə səbəb olub.

Xəbərdarlıq üzərinə hadisə yerinə təcili tibbi yardım və polis qrupları göndərilib. İlkin tibbi yardım alan yaralılar daha sonra yaxınlıqdakı xəstəxanalara aparılıblar.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

İsgəndər Həsənov

 





15.12.2025    çap et  çap et