Ötən bazar Çilidə keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Xose Antonio Kast ölkənin yeni prezidenti seçilib.
Seçicilərin 58,2 faizi Kasta səs veriblər. Onun əsas rəqibi, sabiq əmək naziri Janetta Hara 42 faiz səs toplayıb. O, səlahiyyətlərinin icrasına 2026-cı il martın 11-də başlayacaq.
Qeyd edək ki, 60 yaşlı Xose Antonio Kast bundan 2 dəfə - 2017 və 2021-ci illərdəki prezident seçkilərində namizədliyini irəli sürsə də, qalib olmamışdı.
L.Tağıyeva
çap et