525.Az

İtaliyanın baş nazirinə verilmiş hədiyyələr hərraca çıxarılacaq


 

İtaliyanın baş nazirinə verilmiş hədiyyələr hərraca çıxarılacaq<b style="color:red"></b>

İtaliyanın baş naziri Corc Meloniyə ölkə xaricinə səfərləri zamanı verilmiş hədiyyələr hərraca çıxarılacaq.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, məqsəd  iqamətgahdakı yerin boşaldılması və büdcəyə əlavə vəsaitin daxil olmasıdır.

2026-cı ilin yanvar-iyun aylarında "Bertolami Fine Art" Hərrac Evində təşkil olunacaq hərraclara 270 adda əşyanın çıxarılması planlaşdırılır. Hələlik onların tam siyahısı açıqlanmasa da, aralarında alban lideri Edi Ramanın bağışladığı ipək yaylıq, Hindistanın baş naziri Narendra Modinin verdiyi geyim dəsti, Macarıstanın baş naziri Viktor Orbanın hədiyyəsi olan çini  çaydan və digər əşyaların olduğu məlumdur.

Qeyd edək ki, İtaliya qanunlarına görə dövlət xadimlərinə bağışlanan və qiyməti 300 avrodan çox olan hədiyyələr dövlətin mülkiyyəti hesab olunur.

L.Tağıyeva

 





16.12.2025    çap et  çap et