525.Az

Dünyanın ən ağır qadını vəfat etdi


 

Dünyanın ən ağır qadını vəfat etdi<b style="color:red"></b>

ABŞ-də bir vaxtlar dünyanın ən ağır qadını olmuş və bu göstərici ilə Ginnesin rekordlar kitabına düşmüş Polin Potter 62 yaşında vəfat edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə onun oğlu Dillon Bruks mətbuata bildirib.

Yanvarda keçirdiyi avtomobil qəzasından sonra Potterin səhhətində bir sıra problemlər, o cümlədən, ürək və nəfəs çatışmazlığı, həzm pozuntusu aşkarlanmışdı. Hətta həkimlər onun çox yaşamayacağını bildirmişdilər. 

Qeyd edək ki, Polin Potter 2015-ci ildə 307 kq çəkisi olarkən dünyada məşhur olmuşdu. Daha sonra 200 kiloqrama yaxın çəki atan qadın bunun üçün hətta bir neçə dəfə əməliyyat da keçirmişdi.

L.Tağıyeva

 





16.12.2025    çap et  çap et