525.Az

Mərkəzi Bank 2 kredit ittifaqına məcburi göstəriş verib


 

Mərkəzi Bank 2 kredit ittifaqına məcburi göstəriş verib<b style="color:red"></b>

Azərbaycan Mərkəzi Bankı (AMB) “Hacıoğlu Kredit İttifaqı” və “Yeni Daşkənd Kredit İttifaqı”na məcburi göstəriş verib.

Bu barədə 525.az AMB-yə istinadən xəbər verir.

Məlumata görö, “Hacıoğlu Kredit İttifaqı” MMC və “Yeni Daşkənd Kredit İttifaqı” MMC tərəfindən 2025-ci ilin III rübü üzrə hesabatların “Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”nın 10.3-cü bəndinin tələbləri pozularaq, gecikmə ilə təqdim edilməsinə görə “Kredit ittifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın 4.4.4-cü yarımbəndinin tələblərini rəhbər tutaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Hacıoğlu Kredit İttifaqı” MMC-yə və “Yeni Daşkənd Kredit İttifaqı” MMC-yə bu hesabatların qanunvericiliklə müəyyən edilmiş vaxtda təqdim edilməsi ilə bağlı icrası məcburi olan göstəriş verilib.

 





16.12.2025    çap et  çap et