525.Az

Meksikada təyyarə qəzası - ən azı 7 nəfər ölüb


 

Meksikada təyyarə qəzası - <b style="color:red"> ən azı 7 nəfər ölüb</b>

Meksikanın paytaxtı Mexiko şəhəri yaxınlığında təyyarə qəzası baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində ən azı 7 nəfər ölüb.

Bu barədə Mexiko Şəhər Mülki Müdafiə Koordinatoru Adrian Hernandez bildirib. O qeyd edib ki, təcili eniş etməyə çalışan kiçik təyyarə Toluka Hava Limanından təxminən 5 kilometr məsafədə qəzaya uğrayıb.

Hernandezin sözlərinə görə, təyyarədə 8 sərnişin və 2 ekipaj üzvü olub, lakin indiyə qədər yalnız 7 cəsəd tapılıb.

Qəzanın səbəbi ilə bağlı araşdırma aparılır.

İbrahim Cəfərov

 





16.12.2025    çap et  çap et