525.Az

ABŞ Sakit okeanda 3 gəmini vurdu - 8 nəfər həlak oldu


 

ABŞ Sakit okeanda 3 gəmini vurdu - <b style="color:red"> 8 nəfər həlak oldu</b>

ABŞ Sakit okeanda narkotik daşımaqda şübhəli bilinən üç gəmiyə zərbə endirib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığı (SOUTHCOM) məlumat yayıb.

Qurumun saytında yer alan açıqlamada bildirilib ki, müdafiə naziri Pit Heqsetin əmri ilə dünən Şərqi Sakit Okeanda narkotik daşıdığı iddia edilən və terror təşkilatları ilə əlaqəli üç gəmiyə zərbələr endirilib. Zərbələr nəticəsində ümumilikdə 8 nəfər həlak olub.

Açıqlamada qayıqların beynəlxalq sularda vurulduğu qeyd olunub.

İbrahim Cəfərov

 





16.12.2025    çap et  çap et