525.Az

Rusiyada məktəbə hücum edən yeniyetmə 1 nəfəri öldürdü


 

Rusiyada məktəbə hücum edən yeniyetmə 1 nəfəri öldürdü<b style="color:red"></b>

Bu gün Moskva vilayətində bıçaqla silahlanmış yeniyetmə məktəbə hücum edib.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə səhər saatlarında Odintsovo şəhər dairəsinin Qorki-2 qəsəbəsində baş verib.

Adı açıqlanmayan 15 yaşlı oğlan 3 nəfərə - mühafizəçi və 2 şagirdə bıçaqla xəsarət yetirib. 4-cü sinif şagirdi aldığı xəsarətlərdən yerində keçinib.

Maraqlıdır ki, qatil şagirdin meyitinin yanında selfi edib.

Qeyd edək ki, Bakı vaxtı ilə 11.30-dü hüquq-mühafizə orqanları cinayətkarı zərərsizləşdiriblər. 

L.Tağıyeva

 





16.12.2025    çap et  çap et