525.Az

“Ermənistanın NATO-ya qoşulmaq ambisiyası yoxdur” - Xandanyan


 

“Ermənistanın NATO-ya qoşulmaq ambisiyası yoxdur” - <b style="color:red"> Xandanyan</b>

“Ermənistanın NATO ilə əməkdaşlıq üçün konkret çərçivəsi var, lakin ona qoşulmaq ambisiyası yoxdur”.

525.az xəbər verir ki, bunu Ermənistan parlamentinin Xarici işlər üzrə daimi komitəsinin sədri Sarqis Xandanyan deyib.

“NATO-nun Ermənistanda olması mümkün deyil, çünki birincisi, Ermənistanın alyansa qoşulmaq ambisiyası yoxdur. Ölkənin NATO ilə əməkdaşlıq üçün konkret çərçivəsi var və bu, heç bir şəkildə NATO-nun Ermənistanda fiziki iştirakını nəzərdə tutmur”, - o bildirib.

Pərvanə Sultanova

 





16.12.2025    çap et  çap et