525.Az

Hindistanın aparıcı silah şirkətlərinin rəhbərləri Rusiyada səfərdə olub 


 

Hindistanın aparıcı silah şirkətlərinin rəhbərləri Rusiyada səfərdə olub <b style="color:red"></b>

"Adani Defence” və “Bharat Forge” daxil olmaqla, Hindistanın aparıcı silah istehsalçılarının rəhbərləri birgə müəssisələrlə bağlı məsələni müzakirə etmək üçün Rusiyaya səfər ediblər.

525.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb. 

Görüşlər Vladimir Putinin dekabr ayında Hindistana səfərindən əvvəl, 29-30 oktyabr tarixlərində müdafiə nazirinin müavini Sanciv Kumarın rəhbərlik etdiyi müdafiə sənayesi nümayəndə heyətinin səfəri zamanı baş tutub.

Qeyd olunub ki, tərəflər həmin vaxt MiQ-29 qırıcıları, Rusiya hava hücumundan müdafiə sistemləri və digər silahlar üçün ehtiyat hissələrinin istehsalı imkanlarını, eləcə də Rusiyaya potensial olaraq ixrac edilə bilən avadanlıqların hazırlanması üçün Hindistanda istehsal müəssisəsi yaratmaq təklifini müzakirə ediblər. 

Hindistanın Müdafiə Nazirliyi agentliyə bu xəbərlə bağlı şərh verməkdən imtina edib.

Pərvanə Sultanova

 





16.12.2025    çap et  çap et