Polşada maçete (xəncərəbənzər kəsici alət) ilə silahlanmış 14 yaşlı yeniyetmə məktəbə hücum edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Podkarpat əyalətinin Tarnobjeq şəhərindəki 7 saylı məktəbdə baş verib.
Kəsici alətdən başqa səs qumbaraları ilə də silahlanmış yeniyetmə dərs başlayarkən məktəbə soxulub. Lakin istəyini yerinə yetirə bilməyib.
Mühafizəçinin müdaxiləsindən sonra onu yaralayaraq məktəbdən qaçıb. Az sonra hücum edən şəxs polis tərəfindən yaxalanıb.
Qeyd edək ki, yeniyetmənin bu əməli anasının məktəbdən işdən çıxarıldığı üçün etdiyi bildirilir.
L.Tağıyeva
çap et