525.Az

Fransada bu cərimələr artırılacaq


 

Fransada bu cərimələr artırılacaq<b style="color:red"></b>

Fransada narkotik qəbul edənlərə tətbiq olunan cərimə artırılacaq.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin prezidenti Emmanuel Makron bildirib.

Yeni qərara əsasən narkotik qəbul edənlər 500 avro cərimə ödəməli olacaqlar. Hazırda bu məbləğ 200 avrodur.

Bundan başqa, Makron sözügedən cərimənin yığılmasının qənaətbəxş olmadığını da söyləyib.

Yeri gəlmişkən, Fransa prezidenti çıxışında narkotik ticarəti geniş yayılmış bir sıra ölkələrə səfər edəcəyini, bu ölkələrin prezidentləri ilə narkotacirlərin əmlaklarının müsadirəsini müzakirə edəcəyini də deyib.

L.Tağıyeva

 





17.12.2025    çap et  çap et