525.Az

16 yaşlı qız timsahın qurbanı oldu


 

16 yaşlı qız timsahın qurbanı oldu<b style="color:red"></b>

Uqandada 16 yaşlı qız timsahın qurbanı olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, faciə Viktoriya gölündəki Buqaba adasının Kayankolokolo adlanan hissəsində baş verib.

Qohumlarına qonaq gələn Namirembe Namirumu göldən su götürmək istəyərkən timsahın hücumuna məruz qalıb. Qızı suya çəkən vəhşi onu parçalayıb.

Qeyd edək ki, cəsədin axtarışları nəticə verməyib. Böyük ehtimalla timsah qızı tamamilə yeyib.

L.Tağıyeva

 





17.12.2025    çap et  çap et