525.Az

Balıkesirdə yenidən zəlzələ oldu


 

Balıkesirdə yenidən <b style="color:red"> zəlzələ oldu</b>

Türkiyənin Balıkesir vilayətində növbəti dəfə zəlzələ olub.

525.az Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən xəbər verir ki, vilayətin Sındırğı rayonunda 3.5 bal gücündə zəlzələ baş verib.

Yerli vaxtla 23:13-də baş verən yeraltı təkanlar 12 km dərinlikdə qeydə alınıb.

Zəlzələ zamanı hər hansı dağıntı baş verməyib.

Xatırladaq ki, son bir neçə ay ərzində Balıkesirdə 3-6.1 bal arası onlarla zəlzələ olub.

İbrahim Cəfərov

 





17.12.2025    çap et  çap et