Polşada terror aktının qarşısı alınıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Polşa Daxili Təhlükəsizlik Agentliyi (ABW) ölkədə Milad bazarlarından birində terror aktı hazırlayan 19 yaşlı Mateuş V.-ni saxlayıb.
İŞİD terror təşkilatı ilə əlaqə saxlamağa cəhd etdiyi və partlayıcı maddələrin necə hazırlanacağını onlayn araşdırdığı müəyyən edilən Polşa vətəndaşı Mateusz V. məhkəmə tərəfindən ilkin olaraq 3 ay müddətinə həbs edilib.
Bu barədə Polşanın xüsusi təyinatlılar nazirinin sözçüsü Yaçek Dobrzinski bildirib.
O, Lublin Katolik Universitetinin tələbəsi olan Mateuş V.-nin İŞİD terror təşkilatına qoşulmağa çalışdığını və eyni anda neçə nəfəri öldürə biləcəyini internetdə araşdırdığı söyləyib.
İbrahim Cəfərov
çap et